DÜNYA


İsraildə 106 yaşlı xərçəng xəstəsini əməliyyat ediblər

Bakı, 25 yanvar, AZƏRTAC

Hayfa şəhərindəki “Karmel” xəstəxanasında bədxassəli şişin kəsilib götürülməsi əməliyyatları çox aparılıb, lakin indiyə qədər heç vaxt belə ahıl yaşlı xəstəyə əməliyyat aparılmayıb.

AZƏRTAC İsrail KİV-lərinə istinadla xəbər verir ki, Hatsor ha-Qlilit qəsəbəsinin sakini Əziz Levinin 106 yaşı var. Bir neçə gün bundan əvvəl “Karmel” xəstəxanasının cərrahları onun yoğun bağırsağındakı bədxassəli şişi uğurla kəsib götürüblər.

Levinin sənədlərində göstərilir ki, o, 1915-ci ilin aprel ayında İraqda doğulub. Xəstəxananın şöbə müdiri Aye Biterman deyir: “Pasiyentin neçə yaşı olduğunu öyrənəndə biz əvvəlcə ona əməliyyat aparmağa ehtiyat edirdik. Bu yaşda xəstələrin çoxlu əlavə problemləri olur. Bu səbəbdən onlara narkoz verilməsi və əməliyyat özü təhlükəlidir. Lakin müxtəlif ixtisaslı həkimlərdən ibarət konsilium keçirəndən sonra həmin şişi kəsib götürməyi qərara aldıq”.

Xəstə diqqətlə müayinə edildikdən və ailəsinin razılığı alınandan sonra onu əməliyyata dəvət ediblər. Doktor Bitermanın və həmkarlarının apardığı əməliyyat 3 saat davam edib və uğurla başa çatıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.