DÜNYA


İsraildə Knessetə keçirilən seçkilərdə səslərin 94 faizi sayılıb  YENİLƏNİB

Bakı, 10 aprel, АZƏRTAC

İsrailin Mərkəzi Seçki Komissiyası Knessetə keçirilən seçkilərdə protokolların 94 faizini hesablayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İsrailin "Kan" dövlət radiosu yayıb.

Son məlumatlara görə, İsrailin Baş naziri Binyamin Netanyahunun liderlik etdiyi “Likud” partiyası seçicilərin 26,28 faizinin səsini toplayıb. “Kahol-Lavan” mərkəzçi bloku isə hazırkı nəticələrə görə seçkilərdə 25,97 səs qazanıb.

04:22

İsrailin Baş naziri Binyamin Netanyahu rəhbərlik etdiyi “Likud” partiyasının Knessetə keçirilən seçkilərdə qalib gəldiyini açıqlayıb.

O, bu barədə “Twitter” sosial şəbəkəsində yazıb: “Likud” partiyası başda olmaqla sağ blok qələbə qazanıb. Bu etimada görə İsrail vətəndaşlarına təşəkkürümü bildirirəm. Bu gün axşam tərəfdaşlarla hökuməti yaratmağa başlayacağam".

Həmçinin İsrail ordusunun sabiq baş qərargah rəisi Beni Hans və sabiq jurnalist Yair Lapidin rəhbərlik etdiyi “Kahol-Lavan” mərkəzçi bloku da seçkidə qələbə qazandığını bildirib.

Qeyd edək ki, seçkilərdə iştirak etmək üçün 41 blok və partiya qeydiyyatdan keçib. Son sosioloji sorğunun nəticələrinə əsasən, Baş nazir Binyamin Netanyahunun “Likud” partiyası, həmçinin İsrail ordusunun sabiq baş qərargah rəisi Beni Hans və sabiq jurnalist Yair Lapidin rəhbərlik etdiyi “Kahol-Lavan” mərkəzçi bloku qələbəyə əsas namizədlərdir.

İsrail Mərkəzi Seçki Komissiyası səsvermədə 6,34 milyon vətəndaşın iştirak edə biləcəyini bildirib. Ölkə qanunlarına əsasən, səsvermədə seçki günü ölkədə olan və ya xaricdə rəsmi ezamiyyətə gedən 18 yaşdan yuxarı vətəndaşlar iştirak edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.