MƏDƏNİYYƏT


İsraildə “Qürbətdən vətən sədaları: İsrail-Azərbaycan” adlı tədbir keçirilib

Bakı, 3 fevral, AZƏRTAC

İsrailin Təl-Əviv şəhərində yerləşən Rusiya Mədəniyyət Mərkəzində “Qürbətdən vətən sədaları: İsrail-Azərbaycan” layihəsi çərçivəsində tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı A. Aqarunovun xatirəsinə həsr olunmuş tədbir Azərbaycan Gənclər Fondu və “AZİZ” Beynəlxalq İsrail-Azərbaycan Assosiasiyasının birgə təşkilatçılığı ilə reallaşıb.

Layihə İsraildə yaşayan azərbaycanlı gənclərdə vətənpərvərlik hissinin yüksəldilməsi, həmçinin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə təşkil olunub.

Təbirin rəsmi hissəsində “AZİZ” Assosiasiyasının nümayiəndəsi Yana Salman, AGF gənclərlə iş şöbəsinin müdiri Orxan Ərəbov, layihə rəhbəri İlahə İsrafilova, rejissor Səadət Şükürova tədbirin əhəmiyyəti haqqında çıxış ediblər.

Tədbirin bədii hissəsi Xalq artisti Zümrüd Məmmədova, beynəlxalq müsabiqələr laureatları Fəqan Həsənli (piano), Neymət Mürsəlov (tar), İlahə İsrafilova (bəstəkar) və İsraildə təhsil alan azərbaycanlı peşəkar skripkaçılar Zərifə Alxazova və Qəmər Kərimlinin iştirakı ilə davam edib.

Konsertdə Ü. Hacıbəyli, V. Adıgözəlov, Q. Qarayev, F. Əlizadə, İ.İsrafilova, K. Əkbərov, A. Əzizova əsərləri ilə yanaşı, xarici klassik bəstəkarların yaradıcılığına da müraciət olunub. Konsert proqramı maraqla qarşılanıb.

Qeyd edək ki, sözügedən layihənin rəhbəri gənc bəstəkar İlahə İsrafilovadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.