DÜNYA


İsraildə parlament seçkiləri keçirilir

Bakı, 9 aprel, AZƏRTAC

Bu gün İsraildə Knessetə (parlament) seçkilər keçirilir. Seçkilərdə iştirak etmək üçün 41 blok və partiya qeydiyyatdan keçib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, analitiklərin fikrincə, 120 yerlik Knessetə daxil olmaq üçün 3,25 faizlik səddi yalnız 10-a yaxın siyasi qüvvə aşa biləcək.

Son sosioloji sorğunun nəticələrinə əsasən, Baş nazir Binyamin Netanyahunun “Likud” partiyası, həmçinin İsrail Ordusunun sabiq Baş qərargah rəisi Beni Hans və sabiq jurnalist Yair Lapidin rəhbərlik etdiyi “Kahol-Lavan” mərkəzçi bloku qələbəyə əsas namizədlərdir. Lakin onlardan heç birinin iqtidara təkbaşına yiyələnmək üçün parlamentdə 61 yer tutması gözlənilmir.

İsrail Mərkəzi Seçki Komissiyası səsvermədə 6,34 milyon vətəndaşın iştirak edə biləcəyini bildirib. Ölkə qanunlarına əsasən, səsvermədə seçki günü ölkədə olan və ya xaricdə rəsmi ezamiyyətə gedən 18 yaşdan yuxarı vətəndaşlar iştirak edə bilər. Səsvermə yerli vaxtla saat 22:00-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.