DÜNYA
İsraildə terror aktı nəticəsində azı 3 nəfər ölüb
Qahirə, 6 may, AZƏRTAC
İsrailin mərkəzindəki Elad şəhərində törədilmiş terror aktı nəticəsində azı 3 nəfərin öldüyü, 7 sakinin isə yaralandığı bildirilir. İsrailin Səhiyyə Nazirliyinin rəsmisi yaralı şəxslərdən birinin vəziyyətinin ağır olduğunu deyib.
AZƏRTAC xəbər verir ki, İsrail polisi insidentin ölkənin Müstəqillik Gününü qeyd etdiyi gündə baş verdiyini, şübhəlilərin saxlanılması istiqamətində axtarış-əməliyyat tədbirlərinin davam etdiyini bildirib. Artıq terror aktını törətməkdə şübhəli bilinən iki fələstinlinin adları açıqlanıb. Elad şəhərinin meri sakinləri əməliyyat başa çatanadək evlərindən çıxmamağı tövsiyə edib.
Terrorçular Müstəqillik Günü bayramını qeyd edən israilli vətəndaşlara balta və bıçaqla hücum etdikdən sonra qaçıblar.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [16:14]
Latviyanın xarici işlər naziri istefa verib
- 28.03.2024 [15:42]
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
- 28.03.2024 [14:43]
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
- 28.03.2024 [14:37]
Nyu-York metrosunda zorakılıq halları artıb
- 28.03.2024 [14:35]
Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır
- 28.03.2024 [14:13]