DÜNYA


İsraildə turistlərə kirayəyə verilən mənzillərin vergisi ikiqat artırıla bilər

Bakı, 11 fevral, AZƏRTAC

Təl-Əviv şəhər bələdiyyəsinin verdiyi təklifə əsasən, Şəhər Şurasında ildə üç aydan az müddət üçün kirayəyə verilən mənzillərə görə tutulan verginin ikiqat artırılması müzakirə edilir. Bu barədə yekun qərarın isə fevralın 18-də verilməsi gözlənilir.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bələdiyyəyə görə, son illərdə ev sahiblərinin onlayn sifariş xidməti əsasında qısa müddətə kirayəyə verdikləri mənzillərin sayında ciddi artım var. Bu, yerli sakinlərin kirayə xərclərinin kəskin şəkildə artmasına şərait yaradır və normal həyat şərtlərinin pozulması təhlükəsi meydana gəlir.

Problemi həll etmək və turistlərə kirayəyə verilən mənzillərin sayını azaltmaq məqsədilə bələdiyyə daşınmaz əmlakın hər kvadratmetrindən tutulan verginin dərəcəsini iki dəfədən çox – 14,3 ABŞ dollardan (şəhər üzrə orta göstərici bu qədərdir) 33,1 dollara qaldırmağı təklif edib.

Qeyd edək ki, son iki ildə İsrailə turist axını 40 faizədək artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.