DÜNYA
İsraildə üç nazir karantinə göndərilib
Bakı, 2 avqust, AZƏRTAC
İsrailin Ali Təhsil və Su Resursları naziri Zyeev Elkin, İcmanın İnkişafı və Gücləndirilməsi naziri Orli Levi-Abukasis və Din İşləri naziri Yakov Avitan həmkarları - Qüds İşləri üzrə nazir Rafi Peresdə koronavirus aşkarlandıqdan sonra karantinə göndəriliblər.
AZƏRTAC xəbər verir ki, bu barədə Yedioth Ahronoth nəşri məlumat yayıb. Peresin sosial şəbəkədə yazdığına görə, onun cümə günü verdiyi koronavirus testi pozitiv çıxıb.
Mayın sonlarından İsraildə yoluxma halları artmağa başlayıb. İyunun 6-da 160, iyunun 23-də 460, iyulun 2-də 1026, iyulun 9-da 1650, iyulun 31-də 1367 koronavirus xəstəsi aşkarlanıb.
İsrail Səhiyyə Nazirliyinin müəyyənləşdirdiyi qaydalar mayın 27-dən qüvvədə qalır. Buraya 2 metr sosial məsafə saxlanması və evdən kənarda qoruyucu maska taxılması daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [16:43]
Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib
- 19.04.2024 [16:34]
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
- 19.04.2024 [15:55]
NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib
- 19.04.2024 [15:28]
Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb
- 19.04.2024 [15:00]
Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb
- 19.04.2024 [14:52]