İQTİSADİYYAT


İsrailin Azərbaycandakı səfiri Mingəçevirdəki elektrik stansiyalarında olub

Bakı, 23 oktyabr, AZƏRTAC 

Oktyabrın 23-də İsrailin Azərbaycandakı səfiri Corc Dik Mingəçevir şəhərinə humanitar səfər edərək Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” istilik elektrik stansiyasında (İES) olub.

Qeyd edək ki, oktyabr ayı ərzində dəfələrlə Mingəçevir şəhərinə, ələlxüsus enerji obyektlərinə erməni silahlı birləşmələri tərəfindən dəfələrlə ballistik raketlər atılıb. Həmin raketlərin əksəriyyəti Hərbi Hava Qüvvələri tərəfindən zərərsizləşdirilib və 2 ədəd raket hissəsi oktyabrın 4-də və 11-də “Azərbaycan” İES-in ərazisinə düşüb.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr və media mərkəzindən AZƏRTAC-a bildirib ki, səfir C.Dik əvvəlcə “Azərbaycan” İES-in ərazisində ucaldılan ulu öndər Heydər Əliyevin heykəlinin və Şəhidlər abidəsinin önünə gül dəstələri qoyub. Sonra stansiyanın ərazisini gəzən səfir raket düşən yerlərlə tanış olub.

Səfər zamanı “Azərenerji” ASC-nin və stansiyaların mütəxəssisləri tərəfindən stansiyaların fəaliyyəti, aparılan yenidənqurma işləri və baş vermiş terror aktlarının təfsilatları barədə səfirə məlumat verilib.

Daha sonra səfir “Mingəçevir” su elektrik stansiyasına gəlib və oradakı vəziyyətlə tanış olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.