DÜNYA


İsrailin Baş Naziri Ukraynaya səfər edəcək

Bakı, 18 avqust, AZƏRTAC

İsrailin Baş Naziri Benyamin Netanyahu bazar günü Ukraynaya səfər edəcək. O, Ukraynada Prezident Vladimir Zelenski ilə görüşəcək, İkinci Dünya müharibəsi qurbanlarının xatirəsini yad edəcək.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, səfər avqustun 18-20-nə planlaşdırılır. Xatırladaq ki, Ukraynanın sabiq Prezidenti Petro Poroşenkonun bu ilin yanvar ayında İsrailə rəsmi səfəri çərçivəsində iki ölkə arasında azad iqtisadi və ticarət zonasına dair saziş imzalanıb. İyul ayında isə İsrailin Baş Naziri Yerusəlimdə Ukrayna Ali Radasının nümayəndə heyətini qəbul edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.