DÜNYA
İsrailin Baş naziri Moskvaya səfərini təxirə salıb
Bakı, 20 fevral, AZƏRTAC
İsrailin Baş naziri Binyamin Netanyahu fevralın 21-nə planlaşdırılan Moskva səfərini bir neçə günlüyə təxirə salıb.
AZƏRTAC “Jerusalem Post” qəzetinə istinadla xəbər verir ki, İsrail hökumətinin rəhbəri bu qərarı ölkədəki daxili siyasi vəziyyətlə əlaqədardır, lakin səfərin ləğvinin rəsmi səbəbi hələlik açıqlanmayıb. Netanyahunun fevralın 21-də ölkədəki siyasi partiyaların rəhbərləri ilə görüş təyin etdiyi bildirilir.
Qeyd edək ki, bir qədər əvvəl Kreml fevralın 21-də Rusiya lideri Vladimir Putinlə İsrailin Baş naziri Binyamin Netanyahu arasında görüşün keçiriləcəyi barədə məlumat yaymışdı. Görüş çərçivəsində əsasən iqtisadi-ticarət və humanitar sahələrdə ikitərəfli əməkdaşlıq məsələləri, həmçinin Fələstin-İsrail münaqişəsinin nizamlanması və Suriyadakı böhranla bağlı problemlər də daxil olmaqla Yaxın Şərqdə mövcud vəziyyət müzakirə olunmalı idi.