CƏMİYYƏT


İsrailin Kiryat Yam şəhərində anım tədbiri keçirilib

Bakı, 30 sentyabr, AZƏRTAC

İsrailin Kiryat Yam şəhərində fəaliyyət göstərən Azərbaycan icmasının 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbiri keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Qafqaz Mədəniyyət Mərkəzinin “Həyat Gözəldir” klubunda baş tutan tədbirdə torpaqlarımızın işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir çərçivəsində təşkil edilmiş anım guşəsində İsrail, Azərbaycan və Türkiyə bayraqları, ölkəmizin ərazi bütövlüyünün bərpası ilə nəticələnən Vətən müharibəsi şəhidlərinin fotoları nümayiş etdirilib, şamlar yandırılıb.

Qeyd edək ki, mərkəz "Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının nəzdində fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.