DÜNYA


İsrailin kosmik aparatı Aya eniş zamanı qəzaya uğrayıb

Bakı, 12 aprel, AZƏRTAC

İsrailin “Bereşit” kosmik aparatı Aya eniş zamanı qəzaya uğrayıb. AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, missiya rəhbərlərindən birinin məlumatına görə, aparatı Aya yerləşdirmək mümkün olmayıb. “Bereşit” eniş zamanı Yerlə əlaqəsini itirib. Kosmik aparat fevralın 22-də ABŞ-dakı Kanaveral burnunda yerləşən kosmodromdan “Falcon 9” raketi ilə göndərilib və bir həftə əvvəl Ayın orbitinə daxil olub.

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, kosmik aparat 2,5-3 ildən sonra Aya enəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.