SİYASƏT


İsrailin müdafiə naziri Azərbaycana səfərə gələcək

Bakı, 12 sentyabr, AZƏRTAC 

Sentyabrın 13-də İsrail Dövlətinin müdafiə naziri Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına rəsmi səfərə gələcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində İsrail nümayəndə heyətinin nazirlikdə və digər dövlət qurumlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Görüşlərdə regional təhlükəsizlik, Azərbaycan və İsrail arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri və maraq doğuran digər məsələlər müzakirə olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.