MƏDƏNİYYƏT


İsrailin rok qrupu Nəsimi festivalı çərçivəsində Bakıda konsert proqramı ilə çıxış edib

Bakı, 1 oktyabr, AZƏRTAC 

Oktyabrın 1-də Bakı Media Mərkəzində II Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində İsrailin “Dudu Tassa & the Kuwaitis” rok qrupunun konserti olub.

AZƏRTAC xəbər verir ki, rok qrupunun konserti tamaşaçılarda unudulmaz təəssürat doğurub.

“Dudu Tassa & the Kuwaitis” 2017-ci ildə ABŞ turu zamanı “Radiohead”in dəstəyi ilə Kaliforniyanın nüfuzlu Coachella festivalının (2017) açılışında öz mahnılarını səsləndirib.

Qrup, həmçinin 2016-cı ildə Womex, Sziget, 2017-ci ildə Ostrava festivallarında və digər layihələrdə iştirak edib.

Qrupun yaradıcısı David "Dudu" Tassa İsrailin ən tanınmış musiqiçilərindən biridir. 2011-ci ildə qrup “Dudu Tassa & the Kuwaitis” adlandırılıb və eyniadlı albom buraxıb. O zamanlar qrup ənənəvi İraq musiqisini yeni təqdimatda ifa edirdi. Sonradan israilli musiqiçilər Al-Kuwaity qardaşlarının bəstələdiyi mahnıları özlərinə uyğun aranjeman edərək repertuarlarına daxil ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.