REGİONLAR


İsrailin səfiri Dan Stav: Naxçıvan Muxtar Respublikası ilə İsrail arasında geniş əməkdaşlıq imkanları mövcuddur

Naxçıvan, 19 oktyabr, Tural Kəngərli, AZƏRTAC

Naxçıvan Azərbaycanın əhəmiyyətli və qədim diyarıdır. Bu gün Naxçıvan Muxtar Respublikası ilə İsrail arasında geniş əməkdaşlıq imkanları mövcuddur. Naxçıvanda kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir. Bu sahədə də qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək mümkündür.

Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav deyib.

Səfir qeyd edib ki, Azərbaycanda 3 ildən artıqdır fəaliyyət göstərir və bu, onun Naxçıvana üçüncü səfəridir. “Naxçıvan mənim çox xoşuma gəlir, bu diyarı sevirəm. Səbəbi isə Naxçıvan təbiətinin İsrailə bənzəməsidir. Buranın təmiz havası, işgüzar sakinləri var. Nuh Peyğəmbərin məzarı da bu torpaqdadır. Bu diyarda qonaqları duz-çörəklə qarşılayırlar”, – deyən səfir yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.