İDMAN


İsrailli məşqçi: Milli Gimnastika Arenasında məşq etmək xoşumuza gəlir

Bakı, 2 iyul, AZƏRTAC

Bakıda təlim-məşq toplanışında iştirak edirik. Qadınlardan ibarət yığma komandamızın üzvləri ABŞ-da keçiriləcək Dünya Oyunlarında İsraili üçlük proqramında təmsil edəcəklər. Biz bu yarışa ciddi hazırlaşırıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda hazırlıq keçən İsrailin akrobatika üzrə qadınlardan ibarət milli komandasının məşqçisi Şiran Ouaknine Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə müsahibəsində deyib.

Hazırlıq prosesində üç qadın və dörd kişi idmançının iştirak etdiyini vurğulayan məşqçi deyib: “İsraildə akrobatika gimnastikasının inkişafına böyük önəm verilir. Bu növ üzrə dünya və Avropa çempionu titulunu qazanmış idmançılarımız var. Onlar dəfələrlə İsraili müxtəlif yarışlarda təmsil ediblər”.

Ölkəmizə üçüncü dəfə səfər etdiyini bildirən Ş.Ouaknine qeyd edib ki, üç ay əvvəl Bakıda keçirilən dünya çempionatı və 2015-ci ildə təşkil olunan birinci Avropa Oyunları zamanı Azərbaycana gəlmişəm. Dünya çempionatında komandamız uğurla çıxış etdi. Belə ki, yığmamızın üzvləri qadınlar arasında üçlük proqramında temp hərəkətində üçüncü oldu. Kişi gimnastlarımız isə iki dəfə üçüncü yeri tutdular və bir gümüş medal qazandılar.

“Milli Gimnastika Arenasında məşq etmək xoşumuza gəlir. Arena çox böyükdür. Təəssüf ki, İsraildə belə bir idman zalı yoxdur. Paytaxtınızı çox bəyənirəm. Çoxlu peşəkar gimnastlarınız var. Biz həqiqətən burada qalmağı çox sevirik”, - deyə israilli məşqçi əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.