İDMAN
İsrailli pilot Əbu-Dabidə “Uilyams” komandasının heyətində çıxış edəcək
Bakı, 30 noyabr, AZƏRTAC
“Uilyams” komandası Əbu-Dabidə şinlərin testlərində iştirak edəcək pilotların siyahısını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, növbəti mövsümdə məşhur yürüşçülər Corc Rassell və Nikolas Latifi ilə yanaşı israilli Roy Nissani də bu komandanın bolidinin sükanı arxasına keçəcək.
Roy iki gün davam edəcək test yarışlarının hər ikisində iştirak edəcək. Dekabrın 3-də o, kokpiti Corc Rassell ilə, ayın 4-də isə bu kollektivə yeni cəlb edilmiş Nikolas Latifi ilə bölüşəcək.
Əvvəllər “Formula-Reno” və Formula 2 yürüşlərində çıxış etmiş Nissani deyib: “Bu imkana görə sevincimin həddi yoxdur. Formula 1 maşınının sükanı arxasında əyləşmək çox gözəl təcrübədir. Ümidvaram ki, komandanın xoşuna gələ biləcəyəm”.
“Uilyams” bu mövsümdə çempionatın ən zəif komandasıdır. 2019-cu ildə son yürüş ərəfəsində komandanın aktivində cəmi bir xal var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [16:52]
Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]
“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu
- 24.04.2024 [12:30]
“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq
- 24.04.2024 [12:20]