CƏMİYYƏT


“İşsizin DOSTu” proqramına cəlb edilənlərin sayı 25 minə çatıb

Bakı, 12 fevral, AZƏRTAC

Prezident İlham Əliyevin təşəbbüsü əsasında həyata keçirilən “İşsizin DOSTu” proqramına son günlər daha 2 minədək şəxs cəlb edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) “DOST İş Mərkəzi” tərəfindən rayon (şəhər) Məşğulluq mərkəzlərində işaxtaran və ya işsiz kimi qeydiyyatda olan şəxslər “İşsizin DOSTu” proqramına cəlb edilirlər.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu ilin əvvəlindən həyata keçirilməyə başlanılan proqram çərçivəsində respublikamızın rayon və şəhərləri üzrə 30 minədək şəxsin ödənişli ictimai işlərə cəlb edilməsi nəzərdə tutulub və indiyədək 25 min nəfər həmin işlərlə təmin edilib.

Proqram çərçivəsində ictimai faydalı xarakter daşıyan ödənişli ictimai işlərlə təmin edilənlərin hər biri ilə əmək müqaviləsi bağlanır və elektron sistemdə qeydiyyatdan keçirilərək rəsmiləşdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.