CƏMİYYƏT


“İşsizin dostu” proqramında 7,2 min müharibə veteranı, şəhid ailəsi üzvü, əlilliyi olan şəxs işləyir

“İşsizin dostu” proqramında 7,2 min müharibə veteranı, şəhid ailəsi üzvü, əlilliyi olan şəxs işləyir

Bakı, 6 dekabr, AZƏRTAC

Ölkəmizdə məşğulluq imkanlarının artırılmasında önəmli rola malik “İşsizin dostu” ödənişli ictimai işlər proqramında müharibə veteranları, şəhid ailəsi üzvləri, əlilliyi olan şəxslərə üstünlük verilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nazirliyin tabeliyindəki DOST İş Mərkəzinin icra etdiyi proqram üzrə hazırda 51 mindən çox şəxs işləyir və onlardan 7,2 mini müharibə veteranı, şəhid ailəsi üzvü, əlilliyi olan şəxslərdir.

Proqram iştirakçılarının 90 faizə yaxını ölkəmizin regionlarında yaşayanlardır.

Ödənişli ictimai işlər proqramı ilkin peşə hazırlığı, ixtisası olmayan, buna görə də iş tapmaqda çətinlik çəkən işçi qüvvəsini işsizlikdən qoruyur, ümumən məşğulluq imkanlarını artırır.

Proqrama cəlb olunan hər bir şəxslə əmək müqaviləsi bağlanır. Bu da həmin şəxslərə gələcək əmək və sosial təminat, pensiya hüquqlarının yaranması üçün sosial sığorta sistemində iştirak imkanı verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.