Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

 Maddə 1. Büdcənin ümumi göstəriciləri

İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinin gəlirləri 128 235 400,0 manat, xərcləri 128 235 400,0 manat məbləğində təsdiq edilir.

 Maddə 2. Gəlirlər

 Müəyyən edilsin ki, 2020-ci ildə İşsizlikdən sığorta fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

 

 

Gəlirlərin mənbələri

Məbləğ (manatla)

 1.

İşsizlikdən sığorta üzrə sığorta haqları, cəmi

o cümlədən:

111 869 600,00

1.1.

büdcədən maliyyələşən təşkilatlar üzrə

17 834 800,0

1.2.

büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə

17 834 800,0

1.3.

qeyri-büdcə sektoru üzrə

76 200 000,00

 2.

Sair gəlirlər

30 000,00

 3.

2019-cu ilin sonuna İşsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaiti

16 335 800,0

 

Maddə 3. Xərclər

 Müəyyən edilsin ki, İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir:

 

 

Xərclərin istiqamətləri

Məbləğ (manatla)

 1.

İşsizliyə görə sığorta ödənişləri

5 000 000,00

 2.

Peşə hazırlığı və əlavə təhsilin təşkili

5 000 000,00

3. 

Peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsi

2 000 000,00

4. 

Əmək yarmarkalarının, əmək birjalarının təşkili

500 000,00

 5.

Haqqı ödənilən ictimai işlərin təşkili

2 000 000,00

6. 

Özünüməşğulluq tədbirlərinin təşkili

63 735 400,00

7. 

Sığortaolunanların əməkhaqqının müəyyən hissəsinin müəyyən müddətə (3 ay, 6 ay, 9 ay, 1 il) sığortaedənlərlə birlikdə maliyyələşdirilməsi

3 000 000,00

 8.

Peşə standartlarının hazırlanması

2 000 000,00

9. 

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və onun yerli orqanlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanılması xərcləri

43 000 000,00

10. 

Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin olunması üçün əlavə iş yerlərinin və ixtisaslaşdırılmış müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsi

1 000 000,00

 11.

Qanunla əmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulmuş digər aktiv məşğulluq tədbirləri

1 000 000,00

 

Maddə 4. Qalıqlardan istifadə

 İlin sonuna İşsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaitləri növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir. 

 Maddə 5. Qanunun qüvvəyə minməsi

 Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

 İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 29 noyabr 2019-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin