DÜNYA


İstanbul Universiteti-Cerrahpaşa mütəxəssislərinin meşə yanğınları ilə bağlı ilkin qiymətləndirmə hesabatı açıqlanıb

İstanbul, 30 iyul, AZƏRTAC

İyulun 30-na olan məlumata əsasən Adana, Antalya, Mərsin, Muğla, Osmaniye olmaqla Türkiyənin müxtəlif bölgələrində ümumilikdə 71 yanğın faktı qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İstanbul Universiteti-Cerrahpaşa Meşə Fakültəsi, Meşə Entomologiyası və Qoruma Bölümünün mütəxəssislərinin Türkiyədə son üç gün ərzində baş verən meşə yanğınları ilə bağlı ilkin qiymətləndirmə hesabatında bildirilir.

Hesabatda qeyd edilir ki, bu yanğınlardan 57-si artıq söndürülüb, 14-nün söndürülməsi istiqamətində işlər aparılır. Yanğın zonalarında temperaturun yüksək və nisbi rütubətin aşağı olması yanan materialın nəmini azaldır və meşələri yanmağa daha uyğun hala gətirir. Küləyin güclü olması isə yanğının sürətini artırır və birbaşa yanğına müdaxiləni çətinləşdirir.

Hesabatda, eyni zamanda, bir neçə fərqli nöqtədə başlayan yanğınların başvermə səbəblərinin araşdırılmasının zəruriyyəti, məhv olan ərazilər və yanmanın dərinliyi ilə bağlı dəqiq məlumatların yalnız yanğınların tamamilə söndürülməsindən sonra aparılacaq araşdırmalarla müəyyən edilə biləcəyi də qeyd edilir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.