DÜNYA


İstanbul aeroportunda uçuşlar yanvarın 26-sı saat 00:00-dək dayandırılıb

Bakı, 25 yanvar, AZƏRTAC

Türkiyə Hava Yolları İstanbul aeroportunda əməliyyatları yanvarın 26-sı saat 00:00-dək dayandırıb.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə Hava Yollarının mətbuat müşaviri Yahya Üstün tviter hesabında məlumat verib. Onun sözlərinə görə, müvafiq xidmətlər hava limanlarını və uçuş-eniş zolaqlarını hazır vəziyyətə gətirmək üçün işləri davam etdirirlər. Uyğun bilinərsə, bəzi səfərlər istisna olaraq icra edilə bilər.

Xatırladaq ki, yanvarın 21-dən başlayaraq Türkiyənin bir çox ərazilərində çovğun hökm sürür. Əlverişsiz hava şəraiti ən çox İstanbula zərər vurub. Bu gün yerli vaxtla saat 13:00-dək meqapolisdə sakinlərin şəxsi avtomobillərdən istifadə etməsinə qadağa qoyulub. Ankara-İstanbul avtomagistralında nəqliyyatın hərəkəti bir necə saatlığa dayandırılıb.

İstanbulun bəzi rayonlarında qarın qalınlığı 50-60 santimetrə çatıb. Həmçinin ölkənin cənub vilayətlərinə də yağıntı düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.