DÜNYA


İstanbul baş prokurorluğu: Camal Kaşıkçı boğularaq öldürülüb

Bakı, 31 oktyabr, AZƏRTAC

İstanbul baş prokurorluğu Camal Kaşıkçı cinayəti ilə bağlı açıqlama yayıb.

AZƏRTAC Türkiyənin NTV telekanalına istinadla xəbər verir ki, prokurorluğun məlumatına görə, səudiyyəli jurnalist baş konsulluğa daxil olduğu zaman boğularaq öldürülüb. Onun cəsədi parçalanaraq məhv edilib. Bu cinayət planlı surətdə həyata keçirilib.

Açıqlamada, həmçinin Türkiyəyə səfər edən Səudiyyə Ərəbistanının baş prokuroru Səud əl-Muacib ilə danışıqların nəticəsiz başa çatdığı bildirilir. “Səudiyyə Ərəbistanı qətlin planı, yerli vasitəçinin kimliyi və cəsədin yeri barədə verilən sualları cavablandırmayıb”, - deyə bəyanatda vurğulanır.

Bir qədər əvvəl Səudiyyə Ərəbistanının baş prokuroru Səud əl-Muacib istanbullu həmkarı İrfan Fidanla bir neçə dəfə görüşərək jurnalist Camal Kaşıkçının qətli ilə bağlı təhqiqatı müzakirə ediblər.

Xatırladaq ki, Camal Kaşıkçı oktyabrın 2-də sənədləşmə ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gəlmiş və həmin vaxtdan itkin düşmüşdü. Oktyabrın 20-də Səudiyyə Ərəbistanının baş prokurorluğu jurnalistin diplomatik missiyada yaranmış mübahisə nəticəsində öldüyünü bildirsə də sonradan cinayətin planlı şəkildə törədildiyini etiraf etmişdi.

Hadisə ilə bağlı Səudiyyə Ərəbistanında 18 nəfər saxlanılıb. Onların şəxsiyyəti açıqlanmır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.