DÜNYA


İstanbul boğazı tranzit gəmilərin hərəkəti üçün 3 saat bağlı qalıb

İstanbul, 3 avqust, AZƏRTAC

İstanbul boğazını keçərkən Yunanıstan dövlət bayrağı altına üzən “Nissos Therassia” adlı tankerdə nasazlıq yaranıb.

AZƏRTAC xəbər verir ki, 252 metr uzunluğu olan xam neft daşıyan gəminin idarə olunmaz hala düşməməsi üçün əraziyə xilasedici gəmilər cəlb olunub. Tankerin qoşqu ilə Mərmərə dənizinə çəkilməsi üçün 3 saata yaxın vaxt keçib. Bu müddətdə boğaz tranzit gəmilərin hərəkəti üçün bağlı olub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.