İDMAN


İstanbul derbisi : “Qalatasaray”-“Fənərbağça” oyunu heç-heçə başa çatıb

Bakı, 3 noyabr, AZƏRTAC

Noyabrın 2-də futbol üzrə Türkiyə Superliqasının XI turunda “Qalatasaray” komandası İstanbul derbisində əzəli rəqibi “Fənərbağça”nı qəbul edib.

AZƏRTAC xəbər verir ki, “Türk Telekom Arena”da keçirilən matçda hesabı 31-ci dəqiqədə “Qalatasaray”ın futbolçusu Rayan Donkun vurduğu qolla meydan sahibləri açıblar - 1:0. Fasilədən dərhal sonra - görüşün 49-cu dəqiqəsində Martin Linnes ikinci topu qonaqların qapısından keçirib. Lakin “Fənərbaxça” futbolçuları hesabı bərabərləşdirməyə nail olublar. Əvvəlcə 66-cı dəqiqədə Matyö Valbuenanın 11 metrlik cərimə zərbəsindən vurduğu qolla hesab arasındakı fərq azalıb. Bundan altı dəqiqə sonra isə M.Valbuenanın məhsuldar ötürməsini braziliyalı Jailson qola çevirib - 2:2. Oyunun sonlarında hər iki komandanın real qol vəziyyətləri yaratmasına baxmayaraq, hesab dəyişməyib. Beləliklə, gərgin idman mübarizəsi şəraitində keçən oyun heç-heçə yekunlaşıb.

Oyunun baş hakimi Fırat Aydınus komandaların futbolçularına beş sarı kart göstərib.

Bu oyundan sonra hesabındakı xalların sayını 20-yə çatdıran “Qalatasaray” turnir cədvəlində ikinci sıraya yüksəlib.

On oyundan sonra cəmi 10 xal toplaya bilən “Sarı-lacivərdlilər” isə hazırda turnir cədvəlində 18 komanda arasında 15-ci pillədə yer alıblar.

Xatırladaq ki, ötən mövsüm bu komandalar arasında “Türk Telekom Arena”da oynanılan görüşdə hesab açılmamışdı.

“Qalatasaray” və “Fənərbağça” indiyədək Superliqada 122 dəfə qarşılaşıb. Bunlardan 50 oyunda "Qalatasaray", 33 oyunda isə "Fənərbağça" üstün olub. 39 matçda qalib müəyyənləşməyib.

Türkiyə çempionatında turnir cədvəlinə 21 xalla "Başakşəhər" komandası başçılıq edir. “Kasımpaşa” isə üçüncü pillədə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.