DÜNYA


İstanbul hava limanı fəaliyyətini bərpa edir

İstanbul, 26 yanvar, AZƏRTAC

Yağan güclü qar səbəbindən təyyarələrin hərəkəti tamamilə dayandırılan İstanbul hava limanı yenidən fəaliyyətə başlayıb.

AZƏRTAC xəbər verir ki, qar təmizləmə işlərinin ardından hava limanında yanvarın 25-i yerli vaxtla saat 12.00-da uçuş-enmə zolağının bir hissəsi istismara verilib. Bundan sonra aeroporta ilk təyyarə enib. Hazırda hava limanında təyyarələrin fəaliyyəti bir zolaq üzrə davam etdirilir. İlk növbədə iri gövdəli təyyarələr uçuşa başlayıb. Təmizlik işlərinin səhər saatlarınadək davam etdiriləcəyi bildirilir.

Yanvarın 26-ı tədricən saatda 40 təyyarənin hərəkətinin tənzimlənməsi və digər zolaqların fəaliyyətə keçməsi nəzərdə tutulur.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.