DÜNYA


İstanbul hava limanında PKK terrorçusu saxlanılıb

İstanbul, 21 noyabr, AZƏRTAC

PKK terror təşkilatının üzvlərindən biri saxta ümumvətəndaş pasportu ilə Türkiyə ərazisini tərk etmək istəyərkən saxlanılıb.

AZƏRTAC xəbər verir ki, İstanbul hava limanında ələ keçirilən qadın terrorçunun Braziliyaya getmək istədiyi müəyyən edilib.

Onun Türkiyənin təhlükəsizlik xidməti tərəfindən PKK terror təşkilatı ilə əməkdaşlıqda təqsirli bilinərək axtarışda olduğu qeyd edilib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.