DÜNYA
İstanbul hava limanında tədricən normallaşma mərhələsinə keçilib
İstanbul, 9 iyun, AZƏRTAC
Dünyanın ən böyük aeroportlarından olan İstanbul hava limanında yeni növ koronavirus tədbirləri çərçivəsində tədricən normallaşma mərhələsinə keçilib.
AZƏRTAC xəbər verir ki, normallaşmanın ilk həftəsi, yəni, iyunun 1-dən 7-dək bu aeroportdan gündəlik 665 uçuş olmaqla, ümumilikdə 4659 reys həyata keçirilib.
Bununla bağlı Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) hesabatında bildirilir.
Məlumatda qeyd edilir ki, bu müddət ərzində İstanbul hava limanından gündə ortalama 80 min 596 nəfər olmaqla, ümumilikdə 564 min 176 sərnişin istifadə edib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.04.2024 [15:30]
Hakan Fidan: Dünyanın ən böyük problemi beynəlxalq sistemin ikiüzlülüyüdür
- 20.04.2024 [14:54]
“GPT-4” neyroşəbəkəsi oftalmoloq həkimlərin səviyyəsinə çatıb
- 20.04.2024 [14:20]
“Emirates” aviakompaniyası müntəzəm uçuş cədvəlini bərpa edib
- 20.04.2024 [13:27]
Çində Qərbi Sakit okean dəniz simpoziumunun 19-cu iclası keçiriləcək
- 20.04.2024 [11:51]