DÜNYA


İstanbula dolu yağıb

İstanbul, 29 sentyabr, AZƏRTAC

Sentyabrın 29-da İstanbula güclü leysan yağışı və dolu yağıb.

AZƏRTAC xəbər verir ki, şəhərin üstünü anidən örtən qara buludlar və əsən güclü küləklə müşahidə olunan əlverişsiz hava şəraiti avtomobillərin hərəkətində çətinliklər yaradıb. Şəhərin bəzi bölgələrində dolu dənələrinin böyüklüyü və yağıntının şiddəti səbəbindən nəqliyyat vasitələrinə ciddi zərər dəyib. İstanbulun mərkəzi küçələrində iri gölməcələr yaranıb. Hazırda təbiət hadisəsinin fəsadlarının aradan qaldırılması istiqamətində işlər aparılır.

Qeyd edək ki, Türkiyənin Meteorologiya Baş İdarəsi tərəfindən İstanbulda hava şəraitinin kəskin dəyişəcəyi, güclü leysan yağışlarının yağacağı, şəhərdə selə səbəb ola biləcəyi ilə bağlı əvvəlcədən xəbərdarlıq edilmişdi.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.