DÜNYA


İstanbulda 15 iyul - Demokratiya və Milli Birlik Günü münasibətilə mitinq keçirilib

İstanbul, 16 iyul, AZƏRTAC 

Türkiyədə qeyd edilən 15 iyul - Demokratiya və Milli Birlik Günü münasibətilə İstanbulun Atatürk hava limanında ümumxalq mitinqi keçirilib. Mitinq 2016-cı il iyulun 15-də Türkiyədə törədilən dövlət çevrilişi cəhdinə qarşı həmrəylik məqsədi daşıyır.

AZƏRTAC xəbər verir ki, tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.

Türkiyə Prezidentinin ictimaiyyətlə əlaqələr şöbəsi tərəfindən təşkil olunan və “15 İyul - Demokratiya və Milli Birlik Günü Görüşməsi” şüarı altında keçirilən mitinqə əllərində türk bayraqları tutaq çox sayda insan qatılıb. İştirakçılar Dövlət Qonaq Evinin qarşısında toplaşıblar.

Musiqili proqramla davam edən mitinqdə vətənpərvərlik mahnıları və şeirləri səsləndirilib. Sonra Türkiyə Silahlı Qüvvələrinin “Mehteran” qrupunun konserti olub.

Sonda səhnədə quraşdırılmış ekranda həmin günü əks etdirən qısametrajlı film nümayiş etdirilib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.