QAN YADDAŞI


İstanbulda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım mərasimi keçirilib VİDEO

İstanbul, 20 yanvar, AZƏRTAC

Azərbaycanın İstanbuldakı baş konsulluğunda 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, diplomatik nümayəndəliyin əməkdaşları və media nümayəndələri iştirak ediblər.

Anım mərasimində çıxış edən baş konsul 20 Yanvar tarixinin Azərbaycanın müstəqilliyi yolunda atılan mühüm addım olduğunu bildirib. Bu qanlı gecənin ölkəmiz üçün hüzn və azadlıq rəmzi olduğunu deyən N.Mustafayeva bildirib ki, illər ötsə də, Azərbaycan xalqı bu faciədə, eləcə də Vətən müharibəsi zamanı şəhid olmuş qəhrəmanlarımızı heç vaxt unutmayacaq. 44 günlük Vətən müharibəsi nəticəsində tarixi Azərbaycan torpaqlarının uzun illər davam edən işğaldan azad olunduğu barədə danışan baş konsul Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı və şəhidlərimizin qanı bahasına qazanılan Zəfərin bütün azərbaycanlıların olduğu kimi, şəhidlərimizin də ruhunu şad etdiyini bildirib.

Tədbirdə 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən fotolar nümayiş olunub. Bu fotoşəkillər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet hakimiyyəti rəhbərliyinin qərarı ilə Azərbaycana qoşun yeridilməsinin acı nəticələri, Qanlı Yanvar hadisələrinin dəhşətləri ilə bağlı əyani təsəvvür yaradır.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.