QAN YADDAŞI


İstanbulda “Ağla qərənfil ağla” kitabının təqdimatı olub

İstanbul, 18 yanvar, AZƏRTAC

Yanvarın 18-də İstanbulda 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar dərc olunmuş “Ağla qərənfil ağla” kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, “Can Azərbaycan” media qurumu tərəfindən hazırlanan 64 səhifəlik kitabın “Ön söz”ün müəllifi sözügedən media qurumunun təsisçisi və rəhbəri, jurnalist Namık Kamal Yıldırımdır.

Kitabın təqdimat mərasimində “Qarabağ Azərbaycanındır” imza kampaniyası da keçirilib. Kampaniyaya imza atan hər kəsə kitab ödənişsiz təqdim edilib.

Nəşrdə AZƏRTAC-ın Türkiyə bürosunun İstanbul üzrə müxbiri Günel Məlikovanın “20 Yanvar faciəsindən ötən 30 il...” məqaləsi və “Ağla qərənfil” şeiri yer alır.

Məqalədə Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsi, 20 Yanvar gecəsi baş verənlərlə bağlı xatirələr, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu faciənin dünyaya çatdırılması, hüquqi qiymət verilməsi və 20 Yanvar şəhidlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində görülən işlər və bu siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi haqqında fikirlər yer alır.

Təqdimat mərasimində Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun əməkdaşları, elm və mədəniyyət xadimləri, tanınmış ziyalılar, Türkiyədə yaşayan, işləyən, təhsil alan həmvətənlərimiz və media nümayəndələri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.