CƏMİYYƏT


İstanbulda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib

İstanbul, 21 avqust, AZƏRTAC

Avqustun 21-də İstanbulda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, qurumun əməkdaşları, Azərbaycan Bələdiyyə İşçiləri Həmkarlar İttifaqının sədri Məhərrəm Xəlilov, Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səməd Allahverdiyev, Fövqəladə Hallar Nazirliyi İşçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin sədri Səfər İbrahimov və digərləri iştirak ediblər.

Tədbirdə "2019-cu ilin II yarım illiyi üçün İcraiyyə Komitəsinin və AHİK aparatının iş planı haqqında", "AHİK-in məclisinin tərkibində qismən dəyişiklik edilməsi barədə", "Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında 2020-2022-ci illər üçün Baş Kollektiv Sazişin layihəsini hazırlayan AHİK-in işçi qrupu haqqında", "AHİK-in 2013-cü il 24 oktyabr tarixli (pr.#2 b.5) “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Təşkilatı ilə fəaliyyət planı haqqında” qərarın icrası barədə, həmçinin 2018-ci ildə işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması və istehsalat xəsarətlərinin qarşısının alınması üzrə AHİK-in üzv təşkilatlarında görülən işlər və digər məsələlər müzakirə olunub.

Sonra tədbir iştirakçılarının təmsil etdikləri qurumlar üzrə hesabatları dinlənilib.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.