SİYASƏT


İstanbulda Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin görüşü keçirilib VİDEO

İstanbul, 29 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikasının İstanbulda keçirilən 7-ci Üçtərəfli Görüşü çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanın xarici işlər naziri David Zalkaliani ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, nazirlər regionda ölkələr arasında əməkdaşlıq əlaqələrinin inkişafı baxımından ənənəvi hal almış üçtərəfli formatda keçirilən görüşlərin əhəmiyyətini vurğulayıblar.

Strateji tərəfdaşlığa və mehriban qonşuluğa əsaslanan əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyini bildirən nazirlər Cənubi Qafqaz regionundakı mövcud münaqişələrin sülhü, təhlükəsizliyi, sabitliyi və iqtisadi inkişafı təhlükə altına aldığını, bu səbəbdən status-kvonun davamlı olmadığını və qəbuledilməzliyini xüsusi qeyd ediblər. Bu xüsusda nazirlər Azərbaycan və Gürcüstanın beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, bir-birlərinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərini bir daha bəyan ediblər.

Regionda həyata keçirilən mühüm layihələr ətrafında fikir mübadiləsi aparan nazirlər 2017-ci il oktyabrın 30-da açılışı olmuş Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinin bütövlükdə regionun iqtisadi inkişafına böyük töhfə verəcəyinə əminliklərini vurğulayıblar.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin iqtisadiyyat, ticarət, energetika sahələri, eləcə də qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.