MƏDƏNİYYƏT
İstanbulda Azərbaycanın Xalq rəssamı Sakit Məmmədovun sərgisi açılıb VİDEO
İstanbul, 4 sentyabr, AZƏRTAC
Sentyabrın 4-də İstanbul şəhərində Azərbaycanın Xalq rəssamı, UNESKO Rəssamlar İttifaqının üzvü, professor Sakit Məmmədovun “Opalizm” mövzusunda sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, Opalizm üslubunun banisi olan məşhur rəssamın əsərləri sentyabrın 5-dən etibarən bir ay müddətində nümayiş olunacaq.
SOCAR-ın maddi dəstəyi ilə təşkil olunan sərgidə çıxış edən S.Məmmədov burada 160-dan çox əsərin nümayiş edildiyini bildirib. Qeyd olunub ki, sərgilənən əsərlərin əksəriyyəti dünyanın bir çox ölkəsində sənətsevərlərə təqdim edilib.
Tədbirdə Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, konsulluğun əməkdaşları, SOCAR-ın nümayəndələri, elm və incəsənət xadimləri iştirak ediblər.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:02]
Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib
- 28.03.2024 [17:16]
Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş
- 28.03.2024 [17:08]