Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

İstanbulda “Hər kəs üçün davamlı inkişaf və sülh” devizi ilə 9-cu Boğaziçi Sammiti keçirilir YENİLƏNİB 2 VİDEO

Sammitin rəsmi açılışında Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov iştirak edib

İstanbul, 26 noyabr, AZƏRTAC

Noyabrın 26-da İstanbulda “Hər kəs üçün davamlı inkişaf və sülh” devizi ilə keçirilən 9-cu Boğaziçi Sammitinin rəsmi açılışı olub.

AZƏRTAC xəbər verir ki, Sammit Türkiyə Prezidentinin himayəsi altında fəaliyyət göstərən Beynəlxalq Əməkdaşlıq Platforması tərəfindən 2011-ci ildən etibarən hər il İstanbulda təşkil olunur. Tədbirdə yüzdən artıq ölkədən dəvət olunmuş dövlət və hökumət başçıları, rəsmi şəxslər, qeyri-hökumət təşkilatlarının, analitik mərkəzlərin və qlobal şirkətlərin rəhbərləri iştirak edirlər.

Beynəlxalq tədbir dünyanın müxtəlif ölkələri arasında iqtisadi, siyasi, diplomatik və enerji sahəsində əlaqələrin daha da dərinləşməsi, dövlətlər arasında müasir dövrün tələblərinə uyğun əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi, bəşəriyyəti narahat edən məsələlərin həlli üçün birgə fəaliyyət mexanizmlərinin hazırlanması və digər bu kimi mühüm mövzuların müzakirə edildiyi platforma hesab olunur.

Builki Sammitin açılışında Makedoniya Prezidenti George İvanov, Şimali Kipr Türk Respublikasının Prezidenti Mustafa Akıncı, habelə Küveyt, İordaniya, Polşa, Rusiya, Qətər, Malayziya və dünyanın bir çox ölkəsindən rəsmi şəxslər, həmçinin keçmiş dövlət və hökumət rəhbərləri də iştirak ediblər.

Sammitdə Azərbaycanı təmsil edən Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli HƏSƏNOV çıxış edərək çox mühüm beynəlxalq əhəmiyyət daşıyan belə bir tədbirin təşkilinə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və Türkiyə dövlətinə təşəkkürünü bildirib.

Çıxışında dövrümüzün acı reallıqlarından bəhs edən Prezidentin köməkçisi bildirib ki, bəzi dövlətlər əməkdaşlıq şəraitində davamlı inkişafa nail olmaq yolunu deyil, əksinə, qəsb, işğal, silahlanma yolunu seçiblər. Bu cür antihumanist siyasət hazırda Mərkəzi və Şimali Amerika sərhədlərindən Suriya və Türkiyə, Myanma və Banqladeş sərhədlərinədək bütün dünyanın geosiyasi məhvərindən keçir. Belə bir fəlakət artıq 30 ilə yaxındır ki, Cənubi Qafqazda da yaşanmaqdadır. Müstəqilliyimizin ilk illərində qonşu Ermənistanın yürütdüyü təcavüzkar siyasət, Azərbaycana qarşı heç bir tarixi və hüquqi əsası olmayan ərazi iddiaları bir milyondan çox vətəndaşımızın qaçqın və köçkünə çevrilməsinə, ərazimizin 20 faizinin işğalına səbəb olub. Həmin torpaqlarda qədim dini və tarixi abidələrin vəhşicəsinə darmadağın edilməsi ATƏT-in faktaraşdırıcı missiyası tərəfindən də təsdiq edilib. Dünyanın 10-dan çox ölkəsi və çoxsaylı beynəlxalq qurumlar azərbaycanlılara qarşı törədilmiş Xocalı soyqırımını tanıyıblar.

Əli Həsənov diqqətə çatdırıb ki, Dağlıq Qarabağ münaqişəsi bu gün yalnız Cənubi Qafqazdakı kövrək sülhü deyil, bütün Avropanın və dünyanın təhlükəsizliyini təhdid edir. Bunun kökündə beynəlxalq hüquqa, digər ölkələrin ərazi bütövlüyünə, səmavi dinlərin sülh çağırışlarına məhəl qoymamaq, böyüklük maniyası, dənizdən-dənizə ərazilərə sahiblənmək iddiası, bu iddianı reallaşdırmaq naminə hər cür saxtakarlığa və bəşəri cinayətə yol vermək amili durur.

“İşğal faktına baxmayaraq, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan nəinki öz dinamik inkişafını təmin edə bilib, həm də Avropanın və Yaxın Şərqin iqtisadi və mədəni inteqrasiyasında, Avropanın enerji təhlükəsizliyinin təminatında xüsusi rol oynayan ölkəyə çevrilib”, - deyən Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan dövlətinin öz tərəfdaşları ilə həyata keçirdiyi qlobal layihələr təkcə enerji təhlükəsizliyi və kommunikasiya layihələri deyil, onlar təhlükəsizliyin təmin edilməsinə böyük töhfə verir, qitələri biri-birinə birləşdirir, dünyanın geoiqtisadi xəritəsinin yenidən çəkilməsini şərtləndirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın təşəbbüsçüsü olduğu layihələrdən bütün iştirakçı dövlətlər, xüsusən qonşu ölkələr də faydalanmaqdadırlar. Elə bu yaxınlarda istifadəyə verilmiş “STAR Refinery” zavodunun həm Türkiyə, həm Azərbaycan üçün gətirəcəyi faydanı xatırlamaq kifayətdir. Lakin orta əsr qəsbkarları kimi daha asan yolla, özgə torpaqlarını işğal etməklə varlanmaq istəyən cinayətkar Ermənistan rejimi bu gün regional təşəbbüslərdən təcrid olunub. Bu, belə də olmalıdır. İşğal yolu tutan hərbi xunta öz xalqına səadət deyil, yalnız fəlakət gətirə bilər ki, bu da Ermənistanın timsalında öz təsdiqini bir daha tapır.

Azərbaycanın bölgədəki sülhyaratma əməliyyatlarında fəallığı ilə seçildiyini vurğulayan Əli Həsənov qeyd edib ki, ölkəmiz NATO-nun, Avropa İttifaqının, ATƏT-in, MDB-nin əməkdaşlıq proqramlarının fəal iştirakçısıdır. Azərbaycan işğalçı Ermənistan istisna olunmaqla, bütün qonşularla ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatlarında işbirliyini inkişaf etdirir. Əlbəttə, ərazi bütövlüyümüzə hərbi təcavüz olmasaydı və ölkəmizin maddi, insani resursları işğalın aradan qaldırılmasına yönəldilməsəydi, indi həm Azərbaycanın, həm də bölgənin inkişafı başqa bir səviyyədə olardı.

“Biz elə bir bölgə, elə bir dünya arzusundayıq ki, eyni coğrafiyanı, eyni və ya yaxın mədəniyyətləri bölüşən insanlar mühacirət yolu seçməyə məhkum olmasınlar, öz tarixi torpaqlarında qalsınlar, yaşayıb inkişaf etsinlər”, - deyən Prezidentin köməkçisi bildirib ki, bunun üçün hər kəs özündə təcavüzkara “dur” demək cəsarəti tapmalı, bu istiqamətdə irəli sürülən bütün təşəbbüslər dəstəklənməli, səylər birləşdirilməlidir. Bu baxımdan 9 ildir Boğaziçi Zirvəsi hər kəs üçün davamlı inkişafa, sülh axtarışlarına öz töhfəsini verir. Türkiyənin münaqişələrin həllində, bölgədə davamlı sülhün bərpasında çox böyük zəhməti var. Prezident Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə dünyanın mühüm geosiyasi aktoruna çevrilmiş Türkiyə dövlətinin yürütdüyü siyasət, keçirdiyi sülhyaratma əməliyyatları, apardığı gərgin diplomatik mübarizə bölgədəki münaqişələrin, o cümlədən Dağlıq Qarabağ probleminin ədalətli həllinə yönəlmiş böyük fəaliyyətdir. Bu işdə qardaş Türkiyəyə uğurlar arzu edirik.

Sonra çıxış edən Makedoniyanın Prezidenti George İVANOV və Polşa hökumətinin keçmiş üzvü Jacek ROSTOVSKİ İkinci Dünya müharibəsindən ötən dövrdə Avropada yaşanan siyasi-iqtisadi problemlərdən bəhs ediblər. Diqqətə çatdırılıb ki, dünyadakı bütün münaqişə və qarşıdurmalar bu və ya digər formada Avropa ölkələrinə mənfi təsir göstərir. Dünyada sülh və inkişafa nail olmaq üçün bu problemlərdən yaxa qurtarmaq vacibdir.

Türkiyənin Avropa İttifaqı məsələləri üzrə sabiq naziri Egemen BAXIŞ qeyd edib ki, mövcud münaqişələr, dövlətlərin ərazi bütövlüyünə qəsd müasir dünyanın başlıca humanitar problemləridir. Çünki bu problemlərdən ən çox əziyyət çəkən dinc insanlardır. Mövcud münaqişələrin həll olunmaması sülh ümidlərinə zərbə vurur.

Yaxın Şərq probleminin olduqca təhlükəli mərhələyə çatdığını vurğulayan İordaniya Senatının sədri Faisal əl-FAYEZ qeyd edib ki, İordaniya sülh və inkişaf tərəfdarıdır. O bildirib ki, Suriyada vətəndaş müharibəsi bölgə ölkələri arasında ticarət əlaqələrinə zərbə vurub. Bölgədəki humanitar böhran tezliklə həllini tapmazsa münaqişə yalnız qonşuların ərazisinə yox, uzaq ölkələrə də sıçraya bilər.

Rusiya-Türkiyə iqtisadi əlaqələrinin bölgənin inkişafına töhfəsindən danışan Rusiya Federasiyasının Çeçenistan Respublikasının Baş naziri Muslim HUÇİEV ölkəsinin iqtisadi potensialı və sərmayə mühiti barədə geniş məlumat verib. Baş nazir əminliklə bildirib ki, Çeçenistana sərmayə yatırmaq istəyən türkiyəli iş adamları bunun yaxşı bəhrəsini görə bilərlər.

Türkiyədə istehsal və tədarük olunan məhsulların xarici bazarlarda sürətlə artdığını diqqətə çatdıran Türkiyə İxracatçılar Məclisinin sədri İsmayıl GÜLLƏ bildirib ki, ixracatçılar üçün qısa və təhlükəsiz yol axtarışı müasir dünya iqtisadiyyatında ən mühüm məsələdir. Bu mənada Bakı-Tbilisi-Qars dəmir yolu xətti və İstanbul Hava Limanı Avrasiya məkanında iqtisadi münasibətlər üçün yeni üfüqlər açır. Lakin bundan da irəlidə olan sülh və sabitliyin mövcudluğudur.

Bütün qonaqlara Boğaziçi Sammitində iştiraka görə təşəkkürünü ifadə edən Beynəlxalq Əməkdaşlıq Platformasının qurucusu Cengiz Özgengcil əmin olduğunu bildirib ki, müzakirə edilən məsələlər sülhsevər dünya ictimaiyyəti tərəfindən maraqla qarşılanacaq.

Çıxışçılar sülh, sabitlik və inkişafın yollarına dair fikir və mülahizələrini bölüşüblər. Diqqətə çatdırılıb ki, müasir dünyada qlobal iqtisadiyyatın başlıca problemi münaqişə və qarşıdurmalardır. Qeyd olunub ki, münaqişə və qarşıdurmalar cəmiyyətlərin inkişafında ən pozucu amildir. Davamlı sülhə nail olmaq üçün istənilən zəmində əsassız iddialardan əl çəkmək lazımdır.

Sammit işini noyabrın 28-dək “Hər kəs üçün inkişafa beynəlxalq təhdid: Ticarət müharibələri”, “Yeni istiqamətlər axtaran dünyada dayanıqlı gələcəyin şifrələri”, “Dünyanın idarə olunmasında dəyişiklik ehtiyacı”, “Sülh üçün müdafiə və təhlükəsizlik”, “Gələcəyin texnologiyalarına doğru”, “İqtisadi inkişafın təşkilində medianın rolu” və digər mövzularda “dəyirmi masa”lar və panellərlə davam etdirəcək.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Sammit çərçivəsində Azərbaycanın və xarici ölkələrin KİV-lərinə müsahibə verib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

İstanbulda “Hər kəs üçün davamlı inkişaf və sülh” devizi ilə 9-cu Boğaziçi Sammiti keçirilir YENİLƏNİB 2 VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Rusiyanın hərbi təyyarəsi qəzaya uğrayıb

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-da BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib