İQTİSADİYYAT


İstanbulda İƏT-in Daimi Komitəsinin 34-cü sessiyasının nazirlər toplantısı keçirilir

İstanbul, 28 noyabr, AZƏRTAC

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadiyyat və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 34-cü sessiyasının nazirlər toplantısı işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə “Ticarətin asanlaşdırılması: gömrüklərdə risklərin idarə olunması” mövzusunda keçirilən sessiyada Azərbaycanı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. Azərbaycan nümayəndə heyətinin tərkibinə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov və digər rəsmi şəxslər daxildirlər.

Nazirlər toplantısının rəsmi açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı olub.

Sessiyanın bu hissəsində İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yousef bin Ahmed Al-Othaimeenin, İslam İnkişaf Bankı Qrupunun prezidenti Bandar Hajjarın, Türkiyənin Palatalar və Borsalar Birliyinin (TOBB) sədri və İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası başçısının müavini Rifat Hisarcıklıoğlunun, eləcə də üzv ölkələrin region təmsilçilərinin çıxışları nəzərdə tutulub.

Sessiya çərçivəsində “Regional inteqrasiya üçün ticarətin asanlaşdırılması potensialından istifadə”, “Gömrük sisteminin modernləşdirilməsi sahəsindəki çətinliklər və mümkün həllər”, “Ticarətin asanlaşdırılmasında özəl sektorun rolu” və digər mövzularda panel iclaslar keçiriləcək.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.