SİYASƏT


İstanbulda “İslam həmrəyliyi Türkiyə-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Bakı, 22 sentyabr, AZƏRTAC

Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, deputat Cavanşir Feyziyev “İslam həmrəyliyi Türkiyə-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfransında iştirak etmək üçün sentyabrın 23-də İstanbula səfər edəcəklər.

Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriliblər ki, Tədbir Azərbaycan Prezidentinin 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi ilə bağlı sərəncamına uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təşkil olunub. Toplantıda hər iki tərəfdən dövlət və hökumət nümayəndələri, elm və ictimai xadimlər iştirak edəcəklər.

Konfransda Azərbaycan və Türkiyə arasında qarşılıqlı faydalı əməkdaşlığın bu günü və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq.

Səfər sentyabrın 26-da başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.