CƏMİYYƏT


İstanbulda Kazım Qarabəkir Paşanın qızının dəfn mərasimi keçirilib

İstanbul, 18 iyun, AZƏRTAC 

İyunun 18-də İstanbul şəhərində Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün ən yaxın silahdaşlarından olan Kazım Qarabəkir Paşanın qızı Həyat Qarabəkir Feyzioğlunun dəfn mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, dəfn mərasimində Azərbaycanın İstanbuldakı baş konsulluğunun əməkdaşları, QHT və KİV təmsilçiləri, qardaş ölkədə yaşayan və işləyən azərbaycanlılar, mərhumun doğmaları və yaxınları iştirak ediblər.

Mərhumun cənazəsi Karacaahmet məzarlığında dəfn olunub.

Qeyd edək ki, cəsur sərkərdə və dövlət xadimi Kazım Qarabəkir Paşa Birinci Dünya müharibəsi dövründə Şərqi Anadolunu və Naxçıvanı rus və erməni işğalından xilas edib və bu xidmətinə görə "Şərq Fatehi" adını qazanıb. Tarixi xidmətlərinə görə, Kazım Qarabəkir Paşa Azərbaycanda, eləcə də Naxçıvanda bir qəhrəman kimi xatırlanır.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.