DÜNYA
İstanbulda PKK/KCK terror təşkilatının 19 üzvü saxlanılıb
İstanbul, 26 noyabr, AZƏRTAC
İstanbulda PKK/KCK terror təşkilatının üzvlərinin saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat keçirilib.
AZƏRTAC xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaqın nəticəsində şəhərdə PKK/KCK-nın üzvü olmaqda şübhəli bilinən 25 nəfərin saxlanılması barədə qərar qəbul edilib.
İstanbul Terrorla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı şübhəli şəxslərdən 19-u saxlanılıb. Onlardan birinin İstanbulun Şişli bələdiyyəsi sədrinin müavini olduğu bildirilir.
Saxlanılanların yaşadıqları ünvanlarda aparılan axtarış zamanı silah-sursat aşkarlanıb.
Digər şəxslərin də yaxalanmaları istiqamətində əməliyyat davam edir.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [20:16]
Gürcüstan müxalifəti yeni mitinq elan edib
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]