DÜNYA


İstanbulda PKK terror təşkilatının beş üzvü saxlanılıb

İstanbul, 16 iyun, AZƏRTAC

İstanbulda PKK terror təşkilatının üzvlərinin saxlanılması istiqamətində növbəti əməliyyat keçirilib.

AZƏRTAC xəbər verir ki, Türkiyənin xüsusi təyinatlı polis qüvvələrinin də iştirak etdikləri əməliyyatlar şəhərin beş müxtəlif rayonunda aparılıb. Əməliyyat nəticəsində PKK terror təşkilatı ilə əməkdaşlıqda təqsirləndirilən beş nəfər şübhəli şəxs qismində saxlanılıb.

Onların yaşadıqları evlərdə terror təşkilatına aid çoxlu sayda rəqəmsal material ələ keçirilib.

Araşdırmalar davam edir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.