DÜNYA


İstanbulda Parlament sədrlərinin üçüncü konfransının açılışı olub

İstanbul, 11 oktyabr, AZƏRTAC

Oktyabrın 11-də İstanbulda “Terrorizmlə mübarizə və regional bağlantıların gücləndirilməsi” mövzusunda Parlament sədrlərinin 3-cü konfransının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Təhlükəsizlik olmadan sülh, sülh olmadan inkişaf olmaz”,- deyə vurğulayıb. İnkişafın olmadığı yerdə sülh və rifahın da mümkünsüzlüyünü qeyd edən Prezident bütün bu amillərin yox olduğu cəmiyyətin gələcəyinə inamla baxa bilmədiyini söyləyib.

Qeyd edək ki, konfransda bir sıra ölkələrin parlament sədrləri iştirak edir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.