CƏMİYYƏT


İstanbulda “Qarabağ” mobil tətbiqetmə layihəsinin təqdimatı keçirilib

Bakı, 8 dekabr, AZƏRTAC 

Azərbaycan Respublikası Gənclər Fondunun 11-ci qrant müsabiqəsi çərçivəsində Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) təşəbbüsü ilə İstanbulda “Qarabağ” mobil tətbiqinin təqdimatı keçirilib. Beləliklə, layihənin ölkə hüdudlarından kənarda ilk təqdimatı reallaşıb.

AGAT-dan AZƏRTAC-a bildiriblər ki, İstanbul Aydın Universitetində keçirilən tədbirdə hər iki ölkənin dövlət himnləri səsləndirilib, Qarabağ müharibəsində həlak olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının sədri Lalə Mehdiyeva layihə haqqında tədbir iştirakçılarını məlumatlandırıb. Bildirib ki, 30 ilə yaxındır Ermənistanın işğalı altında olan Qarabağla bağlı reallıqlar proqram vasitəsilə üç dildə, fotolar və videolarla təqdim olunur. Mobil proqram Ermənistan-Azərbaycan münaqişəsi üzrə araşdırmalar aparan ekspertlərə, soydaşlarımıza və dünyada yaşayan mobil telefon istifadəçilərinə asan yolla gündəlik xəbər əldə etmək imkanı verir.

Lalə Mehdiyeva çıxışında Qarabağ haqqında həqiqətlərin, viran edilmiş tarixi-mədəni abidələrimiz barədə məlumatların çağdaş dövrün tələblərinə uyğun olaraq vahid mobil bazada yığılmasının əhəmiyyətindən də danışıb.

Daha sonra “Türk dünyası gənclərinin informasiya müharibəsində rolu” mövzusunda keçirilən paneldə çıxış edən İstanbul Aydın Universitetinin beynəlxalq əlaqələr şöbəsinin direktoru Şamil Ərdoğan Azərbaycan gəncliyinin bütün dünyada aktiv fəaliyyətinin hiss edilən dərəcədə olduğunu deyib.

Azərbaycanın İstanbuldakı konsulu Yadulla Paşayev çıxışında “Qarabağ” mobil tətbiqetməsinin müasir dövrümüzdə yeni texnologiyalar vasitəsilə ictimaiyyətə çatdırılmasında önəmini qeyd edərək, Qarabağın tarixi və həqiqətləri barədə məlumat verib.

Professor Qarabağ haqqında məlumatların mobil telefon vasitəsilə dünyaya yayılmasını informasiya müharibəsində Azərbaycan gəncliyinin uğuru adlandırıb.

Çıxışçılar Azərbaycan Respublikası Gənclər Fondunun təmsilçisi Mübariz Qədimov, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı, Türkiyə Gənclər təşkilatı Vəqfının sədri İsmayıl Hakkı Şener, politoloq Ramilə Məmmədova, azərbaycanlı tələbə Rəşad Rza müasir informasiya texnologiyalarından istifadənin günümüzün ən böyük reallığı olduğunu bildirib və bütün türk gəncliyini birləşməyə çağırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.