MƏDƏNİYYƏT


İstanbulda “Qardaşlıq dastanı” adlı musiqili şou proqram keçirilib

İstanbul, 22 may, AZƏRTAC

İstanbulda türkdilli xalqlar arasındakı bağları özündə əks etdirən “Qardaşlıq dastanı” adlı musiqili şou proqram keçirilib.

AZƏRTAC xəbər verir ki, teatr və rəqsin birləşdiyi “Qardaşlıq dastanı” türk toplumlarının ortaq dəyərləri və mədəniyyətinin zənginliklərindən bəhs edib.

Tarixin müxtəlif dövrlərini əhatə edən, on iki fərqli hekayədən ibarət proqramda türkdilli xalqlara, o cümlədən Vətənimizə məxsus şair-aşıq sənəti, dastanlar, folklor nümunələri, tarixi və mistik qəhrəmanlar canlandırılıb. Proqramda Türkiyə və Azərbaycandan olan yüzə yaxın rəqqas yer alıb.

Şou proqramın İstanbuldan sonra Ankara, Mərsin, Adana, Bursa, Eskişehir olmaqla Türkiyənin fərqli vilayətlərində nümayişi nəzərdə tutulur.

Alagöz Holdinq tərəfindən təşkil olunan proqramın bədii rəhbəri Sərhat Turakdır.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.