İQTİSADİYYAT
İstanbulda “SOCAR Türkiyə”nin İdarə Heyətinin iclası keçirilib
Bakı, 9 iyun, AZƏRTAC
İyunun 9-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun və SOCAR-ın prezidenti Rövşən Nəcəfin iştirakı ilə İstanbulda “SOCAR Türkiyə”nin İdarə Heyətinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda “SOCAR Türkiyə”nin 2022-ci ilə dair yekunları haqqında danışılıb, cari ilin ilk 5 ayı ərzində əldə edilən nəticələr, il ərzində görüləcək işlər və qarşıya qoyulan hədəflər müzakirə olunub.
Həmçinin iyunun 8-də İstanbulda “SOCAR Türkiyə”nin törəmə müəssisələri olan “Petkim”in və “STAR’’ neft emalı zavodunun, iyunun 9-da isə Azərbaycan qazının Türkiyə və Avropaya nəqlini həyata keçirən, Cənub Qaz Dəhlizinin önəmli seqmentlərindən biri olan Trans-Anadolu qaz boru kəmərinin (TANAP) İdarə heyətlərinin iclasları keçirilib. İclaslarda qrup şirkətlərinin 2022-ci il və cari ilin 5 ayı üzrə fəaliyyətləri nəzərdən keçirilib, gələcək hədəflər və bu istiqamətdə görüləcək işlər müzakirə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]