SİYASƏT


İstanbulda “Səninləyik Azərbaycan” şüarı altında növbəti dəstək aksiyası keçirilib

İstanbul, 1 oktyabr, AZƏRTAC

Oktyabrın 1-də İstanbulun Kadıköy rayonunda “Səninləyik Azərbaycan” şüarı altında növbəti dəstək aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə baş tutub.

Tədbirdə çıxış edən İSTAD-ın rəhbəri Səfər Qaraqoyunlu deyib: “Artıq 28 ildir haqsız yerə, dünya ictimaiyyətinin gözü önündə Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Bu işğala son verilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən alınan qərarın sonuna qədər arxasındayıq. Bölgədə sıxışıb qalan Ermənistan hazırda dünyadan kömək dilənir. Biz buradan Ermənistana səslənirik. Haqsız yerə işğal etdiyiniz Azərbaycan torpaqlarını dərhal tərk edin, Xocalı soyqırımını törədənlər dünya ictimaiyyəti qarşısında cəzalandırılsın, insanlar doğma yurd-yuvasına qayıtsın. Biz türk milləti olaraq bunu tələb edirik”.

Tədbir zamanı Azərbaycan Silahlı Qüvvələri sıralarına könüllü yazılmaq istəyən Türkiyə vətəndaşları ərizələrini aidiyyəti qurumlara çatdırılması üçün dərnək rəhbərinə təqdim ediblər.

Azərbaycan və Türkiyə bayraqlarının dalğalandığı tədbirdə ölkəmizə dəstək şüarları səsləndirilib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.