CƏMİYYƏT


İstanbulda Türk Şurasının Sağlamlıq Elmi Heyətinin iclasının açılış mərasimi keçirilib

İstanbul, 30 oktyabr, AZƏRTAC

Oktyabrın 30-da İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Sağlamlıq Elmi Heyətinin “COVID-19 pandemiyası: Mövcud vəziyyət və gələcək perspektivlər” mövzusunda 4-cü iclasının rəsmi açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Dünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə direktoru Hans Kluge, Türk Şurasının Baş katibi Bağdad Amreyev, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Macarıstandan olan yüksək səviyyəli nümayəndələr, üzv ölkələrin elmi şurasının üzvləri iştirak edirlər.

İclasda dünya ölkələrinin COVID-19-la mübarizə sahəsində əməkdaşlığı və təcrübə mübadiləsi, ağır xəstələrin idarə olunması, səhiyyə işçilərinin sağlamlığı, pandemiyanın psixoloji təsiri, rəqəmsal sistemlərin istifadəsi və Türkiyədə peyvəndlə bağlı davam edən işlər müzakirə olunacaq.

Tədbir oktyabrın 29-dan 31-dək davam edəcək.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.