CƏMİYYƏT
İstanbulda “Türkiyə-Azərbaycan Qardaşlıq Mükafatları”nın təqdimetmə mərasimi keçirilib
İstanbul, 15 noyabr, AZƏRTAC
İstanbulda “Türkiyə-Azərbaycan Qardaşlıq Mükafatları”nın təqdimetmə mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Türkiyənin “BHS Qrup” şirkətinin və İstanbul-Azərbaycan Dostluq Dərnəyinin təşkilatçılığı ilə baş tutub.
Təqdimat mərasimində çıxış edənlər tədbirin iki qardaş ölkə arasındakı birlik və bərabərliyin bir daha dünyaya göstərilməsi baxımından əhəmiyyətini vurğulayıblar.
Bu il üçüncü dəfə keçirilən mərasimdə hər iki ölkənin incəsənət, siyasət, media, idman, səhiyyə və ictimaiyyət nümayəndələri mükafatlandırılıblar.
Tədbir bədii hissə ilə davam etdirilib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul