İQTİSADİYYAT


İstanbulda “Türkiyə-Türk Dövlətləri: İqtisadiyyat və Ticarət Konfransı” başlayıb VİDEO

İstanbul, 11 noyabr, AZƏRTAC

Noyabrın 11-də İstanbulda “Türkiyə - türk dövlətləri: İqtisadiyyat və Ticarət Konfransı” başlayıb.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Ticarət Nazirliyinin ev sahibliyi, Xarici İqtisadi Əlaqələr Şurasının təşkilatçılığı ilə keçirilən konfransda ölkəmiz iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən təmsil olunur.

Türk dövlətlərinin müstəqilliyinin 30-cu ildönümü münasibətilə baş tutan tədbirdə ölkəmizlə yanaşı Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistandan olan dövlət nümayəndələri də iştirak edirlər.

Rəsmi açılış mərasimi ilə işə başlayan konfrans “Qlobal iqtisadiyyatda mövcud inkişaf perspektivləri və türk dövlətləri arasında ticarətin inkişafı”, “İnvestisiya imkanları və investisiya mühitinin təkmilləşdirilməsi”, “Ticarət logistikasında çətinliklər və imkanlar: Türk respublikaları arasında əlaqələrin təkmilləşdirilməsi” mövzularında panel iclasları ilə davam etdirilir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.