MƏDƏNİYYƏT


İstanbulda Ümumdünya Səhiyyə Təşkilatının yeni ofisi yaradılır

İstanbul, 9 iyul, AZƏRTAC

İstanbulda Ümumdünya Səhiyyə Təşkilatının yeni ofisi fəaliyyət göstərəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca ölkədə səfərdə olan təşkilatın Avropa bölgəsinin direktoru doktor Hans Kluge ilə birgə açıqlamasında bildirib.

Nazir ÜST üçün xüsusi əhəmiyyət kəsb edən bu ofisin COVID-19 pandemiyası ilə bağlı ehtiyacların ödənilməsi istiqamətində fəaliyyət göstərəcəyini, bununla da Türkiyənin beynəlxalq arenada mərkəzi mövqeyə sahib olacağını bildirib.

F.Koca H.Kluge ilə görüş zamanı pandemiya ilə bağlı bölgə və dünyadakı mövcud vəziyyətin də müzakirə olunduğunu qeyd edib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.